18 iyul 2011 11:27

Saşa Yunisoğlu: Çox istərdim ki, onlar Avropada öz sözlərini deyə bilsinlər

“Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində klublarımızın avrokuboklardakı çıxışından danışıb.
 
- Avrokuboklardakı klublarımızın çıxışını necə dəyərləndirərdiz?
- Düzünü deyim ki, daha çox şey gözləyirdim. “Qarabağ” həmişəki kimi yenə hamısının əvəzinə işləyir. Hər şeyə görə sağ olsunlar. Təbii ki, daha çox “Neftçi”nin məğlubiyyəti üzücü oldu. Mənim bu komandaya həmişə simpatiyam olub. Çox istərdim ki, onlar Avropada öz sözlərini deyə bilsinlər..
 
- Bakılılar sizi məyus edən yeganə komandadı?
- Əlbəttə, televiziyalar da bizi üzdü. Onlar futbolun inkişafında önəmli yer tuturlar. Amma özləri inkişaf etmək istəmirlər. Dövlət onlara bu qədər diqqət yetirir. Hamı “Neftçi”nin illər sonra Çempionlar Liqasına qayıdışını gözləyirdi. Amma onlar bu oyunu göstərmədilər. İnternetdən baxmalı olduq. Odu ki, həmin gün heç də xoş olmadı.
 
- Sizcə, “ağ-qaralar”ın Zaqrebdəki belə zəif çıxışı nə ilə bağlı idi?
- Bunu demək çətindi. “Neftçi”nin gözəl kollektivi, yaxşı baş məşqçisi, prezidenti var. Amma avrokuboklarda belə səhvləri bağışlamırlar. Berti Foqts həmişə deyir ki, ilk dəqiqədən sonuncuya kimi oynamaq lazımdı. İkinci hissənin əvvəlində uşaqlarda arxayınlıq oldu. Ola bilər komanda Avstriya toplanışında yaxşı oynayırdı. Amma ordakı oyunlar ÇL oyununun fərqi böyükdü.
 
- İndi “Neftçi”dən nə gözləyək?
- Ən azı layiqli oyun. 0:3-ün əvəzini çıxmaq “Dinamo” kimi komandayla çox çətin olacaq. Onlar belə imkan yaratmazlar. Əgər ilk 20 dəqiqədə qol vurmaq mümkün olsa, ilk yarını 2:0 öndə bitirsələr, nəsə gözləmək olar. Hər halda şans qalmaqdadı.
 
- “Xəzər Lənkəran” da “Maccabi”yə uduzmaqla bizləri sevindirə bilmədi...
- “Xəzər Lənkəran”ın oyununa daha çox ikinci hissəyə baxa bildim. “Neftçi” kimi, onlar da müdafiədə çoxlu səhvlərə yol verdilər. Amma onların vurduğu yeganə qol növbəti mərhələyə adlamaq şanslarını saxlayır. Əminəm ki, komanda Lənkəranda daha yaxşı oynayacaq. Təl-Əvivdə də hər şey başqa cür ola bilərdi. Əgər ələ düşən şanslardan yararlana bilsəydilər.
 
- Deməli, “Xəzər Lənkəran”ın şansları “Neftçi”ninkindən çoxdu?
- Şübhəsiz. Sadəcə, bu bir həftə ərzində baş vermiş səhvləri mümkün qədər aradan qaldırmaq üzərində işləmək lazımdı ki, cavab matçında təkrarlanmasın.
 
- “Qarabağ”ın “Streymur” üzərindəki qələbəsini əldən verəcəyi inandırıcı görünmürdü...
- Mən də düşünürdüm ki, hər şeyə ilk oyunda aydınlıq gələcək. Amma bu futboldu. Sürprizlər heç də az olmur. Ağdamlılar qələbə qazanmaq üçün kifayət qədər qol vəziyyəti yaradıblar. Cavab oyununda da belə oynasalar, növbəti mərhələyə adlayacaqlar.
 
- Əgər yenə yalnız “Qarabağ” avrokuboklarda qalsa, üzücü olmayacaq ki?
- Əlbəttə, olacaq. Çox istərdim ki, ağdamlılar yeganə mərhələ adlayan komandamız olmasın. Ümid edirəm ki, cavab oyunlarında azarkeşlərimiz tribunaları dolduracaqlar və komandamızı dəstəkləyəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.