18 iyul 2011 11:51
Neftçinin oyununun hakimi dəyişdirildi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb) və “Neftçi” komandaları arasındakı oyunun hakim təyinatında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, UEFA zədəli olduğuna görə, estoniyalı laynsman Marko Levandı rusiyalı Tixon Kaluqin ilə əvəzləyib.
Qeyd edək ki, “Dinamo” və “Neftçi” arasındakı cavab oyunu iyulun 19-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk qarşılaşmada Xorvatiya çempionu 3:0 hesabıyla qalib gəlmişdi.
Baş hakim: Hannes Kaasik (Estoniya)
Baş hakimin köməkçiləri: Tixon Kaluqin (Rusiya), Yanus Mutli (Estoniya)
Dördüncü hakim: Romer Tarajev (Estoniya)
Hakim-inspektor: Leyf Sundell (İsveç)
UEFA nümayəndəsi: Ceki Antenen (İsveçrə).
