18 iyul 2011 12:15

Braziliyaya da Argentinanın aqibətini yaşatdılar

Argentinada təşkil olunan Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, dünən yarımfinal mərhələsinin son oyunları keçirilib.
 
Braziliya millisi bu mərhələdə Paraqvayla qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı qolsuz bitdiyindən daha 30 dəqiqə oynanılsa da, bu müddət ərzində də tərəflər qapılara yol tapa bilməyiblər. Beləcə, qalib penaltilərlə müəyyənləşib. Daha dəqiq oynayan paraqvaylılar braziyalıların penaltidən də qol vurmasına imkan verməyiblər və 2:0 hesabıyla qalib gələrək daha bir sensasiyaya imza atıblar. Beləcə, meydan sahibi Argentinanın ardınca daha bir favorit turnirlə erkən vidalaşıb. Qeyd edək ki, 6 sarı vərəqənin göstərildiyi bu oyunun 103-cü dəqiqəsində hər komandadan bir futbolçu meydandan qovulub.
 
Günün digər matçı da kifayət qədər gərgin keçib. 7 sarı, 2 qırmızı vərəqənin göstərildiyi Çili – Venesuela görüşündə 83-cü dəqiqədə birincilər, 90-cı dəqiqədə isə sonuncular azlıqda qalmalı olublar. Hesabı ilk yarıda Venesuela açıb. Çili sonradan hesabda tarazlıq yaratsa da, venesuelalılar tezliklə yenidən önə keçiblər. Sona qədər hesabı qoruyan bu komanda yarımfinala son vəsiqənin sahibi olub.
 
Qeyd edək ki, bir gün öncə Peru və Uruqvay da müvafiq olaraq Kolumbiya ilə Argentinanı məğlub edərək, yarımfinala vəsiqə qazanmışdı.
 
Beləliklə, iyulun 19-da keçiriləcək ilk yarımfinal görüşündə Peru Uruqvayla qarşılaşacaq. Bir gün sonra isə Paraqvay Venesuela ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
Amerika Kuboku
1/4 final
17 iyul
 
Braziliya – Paraqvay – 0:0 (penaltilərlə - 0:2)
 
Çili – Venesuela – 1:2
Qollar: Suazo, 70 – Vizkarrondo, 35, Çiçero, 80.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.