18 iyul 2011 12:26
Neftçi mərkəzi arenada məşqə çıxmaqdan imtina etdi
UEFA Çempionlar Liqasının Zaqreb "Dinamo"su ilə cavab oyununa hazırlığını davam etdirən "Neftçi" matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda dünən saat 21:00-da məşqə çıxıb. Azerisport.az xəbər verir ki, flaqman bu gün oyunöncəsi son hazırlığını keçəcək.
Lakin komanda bu dəfə mərkəzi arenada hazırlıq keçməyəcək. Klubun bazasındakı meydançada baş tutacaq məşq saat 20:00-da start götürəcək. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
