18 iyul 2011 12:48
Dünya futbolunda ilk
Futbol üzrə qadınlar arasında keçirilən Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, finalda Amerika ilə Yaponiya millisin üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1, əlavə vaxtı 2:2 hesabıyla başa çatdığından, hakim penalti zərbələri təyin edib. Penaltilərdə 0:1 hesabı ilə qalib gələn yaponlar dünya çempionluğunu bayram ediblər.
Qeyd edək ki, bu, dünya futbolunda ilk belə hadisədi. Çünki indiyə qədər heç bir Asiya yığması dünya birinciliyinin qalibi olmamışdı.
