18 iyul 2011 13:00
İqor Mitreskini kimin əvəzləyəcəyi müəyyənləşdi
Azərbaycan çempionu “Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab matçında çıxış edə bilməyəcək. Azerisport.az xəbər verir ki, Zaqrebdəki ilk oyunda zədələnərək sıradan çıxan futbolçunun cavab matçına kimi sağalacağına ümid bəslənilsə də, bu, alınmayıb.
Bu üzdən də baş məşqçi Arif Əsədov onu başqa futbolçuyla əvəzləməli olacaq. Əldə etdiyimiz bilgiyə görə, Bakıdakı qarşılaşmada Mitreskinin əvəzində Ruslan Əmircanov çıxış edəcək.
Qeyd edək ki, “Neftçi” – “Dinamo” görüşü sabah keçiriləcək və saat 21:00-da başlayacaq. Zaqrebdəki ilk görüşdə komandamız 0:3 hesabıyla məğlub olmuşdu.
