19 iyul 2011 13:05
Neftçi azarkeşlərdən kömək istədi
Məlum olduğu kimi, Azərbaycan çempionu "Neftçi" bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, flaqman Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq.
İlk oyunda 0:3 hesabıyla məğlub olmuş təmsilçimiz bu çətin sınaq öncəsi azarkeşlərə müraciət edərək, onlardan dəstək istəyib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Bütün azarkeşləri saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda "Neftçi"ni dəstəkləməyə çağırırıq. Haydı "Neftçi"sevərlər, stadiona! Gəlin, doğma komandamızın qələbəsinə birlikdə şahid olaq. Biz birlikdə güclüyük”!
