19 iyul 2011 13:22

Adrian Pit: Həmin tarixin Azərbaycanda təkrarlanmasının əleyhinə deyiləm

Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytına müsahibəsində UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki “Maccabi” ilə qarşıdurmadan danışıb.
 
- Adrian, Təl-Əviv klubuyla mübarizədəki şanslarınızı necə qiymətləndirirsiz?
- Fikrimcə, şanslarımız heç də pis deyil. Bizə iki qol vurmaq və buraxmamaq lazımdı. Ümid edirəm ki, bu vəzifənin öhdəsindən gələ bilərik.
 
- İlk oyundakı məğlubiyyətinizə nə səbəb oldu?
- Biz ilk oyunda heç də rəqib güclü olduğu üçün məğlub olmadıq. Sadəcə biz həlledici məqamlarda bir sıra səhvlər buraxdıq. Çox kobud səhvlər. Amma eybi yox, bizim öz səhvlərimizi aradan qaldırmaq üçün vaxtımız var. Hər kəs ikinci şansı qazanır, ondan necə yararlanmaq isə başqa məsələdi.
 
- Rəqib necə görünürdü?
- Güclü komandad. Amma Avropada daha güclüləri də var. Oyunçuları yaxşıdı. Amma Avropada onlardan da yaxşı futbolçular var. Bir sözlə, onları keçmək olar.
 
- İlk oyundakı hakim səhvləri çıxışınıza çoxmu təsir etdi?
- Mən sadəcə ona əminəm ki, üçüncü qol anında Kamran Ağayevə qarşı qayda pozuntusu var idi. Çünki o, topu ram etmişdi. Hakim fitini səsləndirməyə borclu idi. Amma nədənsə, bunu etmədi.

- Bəs Emeka Oparaya qarşı qayda pozuntusu zamanı necə?
- Fikrimcə, orda təmas var idi. Amma Opara heç vaxt hakimə öz etirazını bildirmir. O, çox əla oğlandı. Həmişə sona kimi oynayır. Nə deyə bilərəm? Hakim də inşandı. O da səhv edə bilər.

- Üç qol ilk oyun üçün çox olmadımı?
- Əlbəttə, bu qədər qol buraxmaq olmaz. Amma digər tərəfdən biz də fərqlənə bildik. Mureşanın sayəsində növbəti mərhələyə adlamaq şansımız qalır.
 
- Sizin əvvəlki komandalarınızdan hansısa 1:3 hesablı yenilginin əvəzini çıxa bilib?
- Bəli, “Roma”da belə bir uğurumuz olub. 2007/08 mövsümündə biz “Torino” ilə İtaliya kubokunun ilk oyununda məhz bu hesabla uduzmuşduq. Amma cavab matçında biz onları 4 cavabsız qolla məğlub etdik. Həmin mövsüm “Roma” sözügedən turnirin qalibi olmuşdu. Ona görə də bunu çox yaxşı xatırlayıram. Şəxsən mən həmin tarixin Azərbaycan təkrarlanmasının əleyhinə deyiləm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.