19 iyul 2011 01:29
Yalnız Qarabağ mərhələ adlayacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, avrokuboklardakı iştirakçılarımızdan hansılar üçüncü təsnifat mərhələsinə vəsiqə qazana biləcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyləri ilə sizi də tanış edirik.
Respondentlərin əksəri belə hesab edir ki, üçüncü təsnifat mərhələsinə yalnız “Qarabağ” adlayacaq. Hər halda bu varianta sorğuya qatılanların 38 faizi (446 səs) belə düşünür.
Oxucularımızın 22 faizi isə hesab edir ki, (259 səs) “Xəzər Lənkəran” və “Qarabağ” mərhələ adlayacaq, “Neftçi” isə yox.
“Neftçi” və “Qarabağ”ın mərhələ adlayacağı halda XL-ın kənarda qalacağını düşünənlər də az deyil: 17 faiz (202 səs).
Digər variantlara az üstünlük verən oxucularımız arasında komandalarımızın hər üçünün mərhələ adlayacağına inananlar da əksəriyyət təşkil edib – 15 faiz (178).
