19 iyul 2011 13:35
Cavadovun komandası daha 2 futbolçuyla yollarını ayırdı
Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu daha iki futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, müdafiəçi Aleksey Aravin və yarımmüdafiəçi Maksim Zyuzin həmyerlimizlə birgə forma geyə bilməyəcək.
Çünki hər iki futbolçu bu gün rəsmi olaraq Novosibirsk “Sibir”inə keçib. Nijni Novqorod klubundan verilən məlumata görə, hər iki futbolçunun satılmasına səbəb onların “Volqa”nın əsas heyətində möhkəmlənə bilməməsi olub.
Məlumatda o da bildirilir ki, Zyuzin “Sibir”ə icarə əsasında verilibsə, Aravinin transfer hüquqları da qarşı tərəfə satılıb.
