19 iyul 2011 14:04
Türkmənistan çempionu Gəncədə Kəpəzlə üz-üzə
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” bu gün ilk yoldaşlıq görüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, gəncəlılər Türkmənistan çempionu “Nebitçi” ilə qarşılaşacaq.
Saat 19:00-a planlaşdirilan oyun Gəncə şəhər stadionunda reallaşacaq. Bu oyunda “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev baxışa dəvət etdiyi futbolçuları bir daha sınaqdan keçirmək niyyətindədi. Klubdan verilən məlumata görə, komanda baxışa dəvət etdiyi bir neçə legionerin səviyyəsindən narazı qalıb. Afrikadan dəvət olunan 4 futbolçu, ukraynalı qapıçı Vladimir İkonnikov və müdafiəçi Dmitri Evstafiyevin oyunu “Kəpəz”in məşqçılər korpusunu razı salmayıb və onlar geri qaytarılıb.
Klub daha bir neçə futbolçunu baxışdan keçirməyi nəzərdə tutur.
