19 iyul 2011 14:28
Sergey Yuran Arif Əsədovun cavabını verdi
“Simurq”un yeni baş məşqçisi Sergey Yuran Arif Əsədovun onun komandası haqda dediyi sözlərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı bu günlərdə təşkil olunan mətbuat konfransında bildirmişdi ki, bir həftə məşq etsə, o da “Turan” və “Simurq” kimi komandalara qarşı forma geyə bilər:
“Əgər o, bizə qarşı oynamaq istəyirsə, qoy oynasın. Bunda problem görmürəm. Amma məsələ burasındadı ki, sən baş məşqçisənsə, rəqibə hörmət etməlisən və belə danışmamalısan” - deyə, Yuran saytımıza açıqlamasında bildirib.