19 iyul 2011 15:11

Sergey Yuran: Mən azərbaycanlı gənclərə şans verəcəm

Bu gün "Simurq" klubu yeni baş məşqçisi Sergey Yuranın təqdimat mərasimini keçirib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis tədbir zamanı jurnalistlərin suallarını cavablandırmağı unutmayıb.
 
“Mən “Simurq” rəhbərliyi ilə hələ may ayından danışıqlar aparırdım. Amma o vaxt klubun Premyer Liqada qalıb-qalmayacağı məlum deyildi. Çox şadam ki, Azərbaycanda işləyəcəm. Hesab edirəm ki, Rusiya və Ukrayna çempionatından sonra postsovet məkanında ən güclü birincilikdə çalışacam” – deyə, Yuran sözə başlayıb.
 
Yuran yeni komandasının son mövsümdə elitanı tərk etməsində heç bir ciddi problem görmür: “Əgərkomanda Premyer Liqada çıxış etmək imkanına malikdirsə, heç bir idman prinsipləri pozulmursa, onda hər şey normaldı. Əsas odu ki, Zaqatala azarkeşləri futbolsuz qalmayacaqlar. Mən onların dəstəyinə çox güvənirəm”.
 
Yuranın qarşısında iki vəzifə qoyulub: A planı ilk altılığa düşməkdən ibarətdi. Bu vəzifənin öhdəsindən gələ bilməyəcəkləri halda isə B planının həyata keçirilməsi lazım gələcək. Bu isə komandanı Premyer Liqada saxlamaq olacaq.
 
Yuran qarşılarına qoyulan daha bir vəzifənin yerli futbolçulardan ibarət kollektiv yaratmaq olduğunu deyir: “Mən çoxlu legioner almağın tərəfdarı deyiləm 5-6 legioner kifayət edər. Həm də onlar öz səviyyələrinə görə yerlilərdən bir baş üstün olmalıdılar. Əks halda onları almağın heç bir əhəmiyyəti yoxdu. Mən azərbaycanlı gənclərə şans verməli olacam. Əcnəbi futbolçular isə Rusiya, Ukrayna və Braziliyadan olacaqlar. Portuqaliyalı futbolçular da ola bilər”.
 
Sergey Yuran köməkçilərini də müəyyənləşdirib. Baş məşqçinin köməkçilərindən biri hələ Qazaxıstanın “Lokomotiv” klubunda birgə çalışdığı İqor Yuşenko, digəri Yuri İvandı. Yuri İvan Sergey Yuranın qardaşıdır. O, baş məşqçinin analitik məsələlər üzrə köməkçisi olacaq. Fiziki hazırlıq üzrə məşqçi isə hələ bundan sonra müəyyənləşəcək. Hansı ki, Yuran komandasını məhz bu baxımdan daha yaxşı hazırlamağa xüsusi önəm verdiyini deyir. O, həmçinin komandasının hücumçularına bir çox sirrləri öyrədəcəyini desə də, simulyasiyanı dəqiq öyrətməyəcəyini bildirir.
 
“Mən Qazaxıstanda çalışarkən bir jurnalist mənim haqqımda düzgün olmayan informasiya yazmışdı. Buna görə də, o vaxtdan bəri mətbuatla əlaqələrim soyuq məcrada keçir. Amma sizin sənətinizə həmişə hörmətlə yanaşmışam. Hətta məğlub olduğumuz matçdan sonra da məndən müsahibə ala bilərsiz” – deyə, Yuran söz verib.
 
O, həmçinin hakimlər haqda da danışmayacağını indidən bəyan edib: “Mən azərbaycanlı hakimlər haqda nəsə danışan deyiləm. Onlar da inşandılar. Bəli, matçın gedişində nəsə deyərəm. Amma bu, sadəcə emosiyadı”.
 
Yuran "Neftçi"nin baş məşqçisi Arif Əsədovun cavabını verməyi də unutmayıb: "Əgər Arif Əsədov "Simurq"a qarşı oynamaq istəyirsə, etirazım yoxdur. Qoy çıxıb oynasın. Lakin yaxşı olar ki, o öz işi ilə məşğul olsun. Məncə, Əsədov artıq futbolçu karyerasını unutmalı və bütün diqqətini məşqçiliyə yönəltməlidi. Baş məşqçi hər bir rəqibə hörmətlə yanaşmalıdı". Qeyd edək ki, Əsədov "Dinamo" ilə oyunöncəsi keçirdiyi mətbuat konfransında "mən də məşq etsəm, çıxıb "Turan" və "Simurq"a qarşı oynayaram" - demişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.