19 iyul 2011 16:08
Rövşən Əmiraslanov İnterdən gedişinin səbəbini açıqladı
“Qəbələ”nin bir qədər əvvəl transfer etdiyi yerli futbolçulardan biri də Rövşən Əmiraslanovdu. Azerisport.az xəbər verir ki, son iki mövsümü “İnter”in heyətində keçirən futbolçu əvvəlki klubunda iki dəfə titul qazanmasına baxmayaraq, yeni komandaya keçidindən məmnundu:
“Qəbələ” haqqında məlumatım var idi. Klub barəsində ancaq xoş sözlər danışırdılar. Komandamı dəyişməyimin əsas səbəblərindən biri də budu. Bura gəldikdən sonra eşitdiklərimin doğruluğuna əmin oldum. “İnter”də 2 il yarım oynamışam, bu komandayla bir dəfə Azərbaycan çempionu olmuşam, bir dəfə də gümüş medallara layiq görülmüşəm. Çoxlarının düşündüyünün əksinə olaraq, Bakı klubundan ayrılmaq mənə çətin olmadı. Çünki “İnter”dən ayrılıb aşağı səviyyəli komandaya keçməmişəm. “Qəbələ” heç bir cəhətdən “İnter”ə uduzmur. Bu il medallar uğrunda oynayacağıq. Yeni komandamda da titul qazansam, mənim üçün də çox xoş olacaq”.

"Qəbələ FK"