19 iyul 2011 16:23

“İstəyimiz Qəbələni ölkənin ən güclü klubuna çevirməkdi”

Yeni mövsümə iyulun 6-da, Qəbələdə başladığı təlim-məşq toplanışı ilə start verən “Qəbələ” Futbol Klubu hazırlığın birinci hissəsini başa vuraraq İngiltərəyə yola düşüb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi bu müddət ərzində ölkədə olmadığından hazırlığa onun köməkçisi Qari Stivens və məşqçi Fatih Kavlak nəzarət  edib. Qari Stivens komandanın vəziyyəti, futbolçuların durumu və qarşıdakı planlarla bağlı sualları cavablandırıb:
 
- Qəbələdə keçirdiyimiz təlim-məşq toplanışında məşqə çıxan futbolçuların durumu bizi tam qane etdi.  Ötən mövsümdən komandada saxladığımız futbolçulara fərdi proqramlar vermişdik. Onlar yay tətili zamanı fərdi qaydada məşq ediblər. Yeni gələn futbolçuların isə nə dərəcədə hazırlıqlı olduğunu bilmirdik. Amma məşqlərdə onların da, bu mənada,  səviyyəsinin qənaətbəxş olduğunu gördük.
 
- Londondakı  hazırlıqda daha çox nəyə diqqət yetiriləcək?
- Qəbələdəki məşqləri futbolçuların fiziki hazırlıq, dözümlülük, sürətin artırılması, oyunçular arasında anlaşmanın daha da yaxşılaşdırılması üzərində qurmuşduq. İngiltərədə isə burda qazandıqlarımızı meydanda tətbiq etmək və oyun praktikasını artırmaq istəyirik. İngiltərə klubları ilə keçirəcəyimiz oyunlarda xətlərarası əlaqə və daha çox taktiki planları sınaqdan çıxaracağıq. Bir də ayrı-ayrı oyun epizodları üzərində çalışmalar olacaq. Necə deyərlər, komandamızın gələn mövsümdə necə oynayacağını Londonda görmək istərdik.
 
- Təlim-məşq toplanışının ikinci hissəsini nə üçün məhz İngiltərədə keçirməyi qərara almısınız ?
- Ötən ilin yayında təlim-məşq toplanışını Azərbaycanda keçirdik. Amma bu dəfə qərara aldıq ki, İngiltərəyə yollanaq. Səbəbini izah edim. Əvvəla, bəzi futbolçularımız  Londondakı şəraiti, məşq prosesini buradakı ilə müqayisə etmək imkanı qazanmalıdırlar. Türkiyəyə də getmək olardı, amma biz İngiltərəyə üstünlük verdik. Çünki oradakı imkanlara bələdik, komandaları yaxşı  tanıyırıq. Eyni zamanda  özümüzə  kənardan baxıb, qiymət vermək, komandanın timsalında Azərbaycan futbolu ilə İngiltərə futbolunu müqayisə etmək və bu yolla komandanın  səviyyəsini təyin etmək istəyirik. Sonuncu səbəb isə odur ki, futbolçuların əksəri İngiltərədə olmayıb. Oradakı məşq və keçirəcəyimiz yoxlama oyunları onlar üçün yaxşı təcrübə olacaq.
 
- İngiltərədə təlim-məşq toplanışlarında baxışa futbolçu çağırılıbmı?
- Baxışa 3 futbolçu çağırmağı nəzərdə tutmuşuq. Onlardan ikisi hücumameyilli futbolçulardı. Komandanın gücləndirilməsini həmişə istəyirik. Oyunçu gətiririksə, bu, o demək deyil ki, gələn kimi əsas heyətin üzvü olsun. Bəzən oyunçulardan komandada daxili rəqabəti gücləndirmək üçün istafadə edirik. Cəlb etdiyimiz yeni oyunçular adaptasiya dövrünü uğurla keçirlər, proffesionallardan ibarət komanda təşkil olunur.
 
- “Qəbələ”nin İngiltərədəki  hazırlığına qoşulanlardan biri də yəqin şotlandiyalı qapıçı Qrem Smit olacaq...
- Qrem Smitin adının “Qəbələ” ilə bağlı hallanması mənim üçün də sürpriz oldu. Biz həmin qapıçı ilə bağlı açıqlama verməmişik. Görünür, bu informasiya onun agenti tərəfindən yayılıb.
 
- Yeni meydançalar haqqında fikrinizi bilmək maraqlı olardı...
- Düşünürəm ki, bu gün Azərbaycanda ən yaxşı meydançalar bizdədi. Klub kimi başlıca məqsədimiz bütün sahələrdə səviyyəni yüksəldərək, uğur qazanmaqdır. İstəyimiz  “Qəbələ”ni ölkənin ən güclü klubuna çevirməkdi. Amma bundan ötrü vaxt lazımdı.
 
"Qəbələ FK"

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.