19 iyul 2011 17:12
Qarabağ və Streymur üçün bir saatlıq fərq
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Streymur” matçı öncəsi proqram dəqiqləşib. Azerisport.az xəbər verir ki, iyulun 21-də baş tutacaq cavab görüşü öncəsi ilk olaraq komandamız məşqə çıxacaq.
“Qarabağ” matç öncəsi sonuncu məşqini sabah 19:30-da keçəcək. Ona qədər isə komandanın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. O, 19:15-dən etibarən KİV-i maraqlandıran suallara cavab verəcək.
Farer adalarının təmsilçisi isə oyunun başlama saatında – 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu məşqinə çıxacaq. “Streymur”un baş məşqçisi Hedin Asxam 20:45-də jurnalistlərin suallarını cavablandıracaq.
