19 iyul 2011 17:28
“Medallar uğrunda mübarizə aparacağıq”
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayev “Qəbələ”nin qarşıdakı mövsümdə uğurla çıxış edəcəyinə inanır. Azerisport.az xəbər verir ki, o, bunu komandaya baş məşqçinin istəyinə uyğun futbolçuların gətirilməsi ilə izah edir:
“İddialı komanda qurulması üçün ötən mövsümdən başlayan işlər bir az da sürətləndirilib. Bu il medallar uğrunda mübarizə aparacağıq. Yeni transferlərimiz bizə bu işdə yardımçı olacaqlar. Transfer işlərində “Qəbələ” mövsümün ən fəal klublarından olub. Həm də bildiyimə görə, komandaya baş məşqçimizin istəyinə uyğun futbolçular gətirilib. Kluba cəlb olunan futbolçuların hamısı səviyyəli oyunçulardı. Məşqlərdə göstərdikləri fəallığı və bacarığı çempionat oyunlarında da göstərsələr, bizə xeyirləri dəyəcək.
Londonda 10 günlük təlim-məşq toplanışı zamanı 5 rəqiblə görüşməliyik. Deməli, ordakı məşqlərdə yükləmə çox olmayacaq. Buna görə də, optimal fiziki formanı Azərbaycanda yığmaq lazımdı. İngiltərə komandalarına qarşı oynamaq asan deyil. Səhv etmirəmsə, Londonda təlim-məşq toplanışı keçirən Azərbaycanın ilk klubu “Qəbələ” olacaq”.
