19 iyul 2011 17:55

“Azərbaycanda ot örtüyünün becərilməsi təcrübəsi yoxdu”

“Qəbələ”nin stadionunda çempionat oyunlarının keçirildiyi əsas meydançanın ot örtüyünün dəyişdirilməsi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, əsas və təbii ot örtüklü daha  3 məşq meydançasının salınması və onlara qulluqla ingiltərəli mütəxəssis Filip Şarplzın başçılıq etdiyi briqada məşğul olur. O, müsahibəsində görülən işlər barədə məlumat verir:
 
- Qəbələdə ot meydançaları hazırlamaq çətin deyil ki?
- Çox çətindi.
 
- Niyə?
- Yayda burada hərarət 38-40 dərəcəyə çatır ki, bu da ot örtüyündə müxtəlif xəstəliklərin yaranmasına imkan verir.
 
- Avqust ayında havalar daha da istiləşəcək. Belə çıxır ki, çətinliklər hələ qabaqdadır?
- Azərbaycanda idman oyunları üçün ot örtüyünün becərilməsi təcrübəsi yoxdu. Amma biz neyləmək lazım olduğunu bilirik. Havalar isti keçsə də, lazım olan tədbirləri görəcəyik, narahat olmayın.
 
- Təbii ot örtüyü salınarkən, yəqin ki, yerli şərait nəzərə alınıb...
- Ot örtüyü salınarkən, ümumilikdə, iqlim baxımından meydançanın isti və ya soyuq zonada yerləşməsi nəzərə alınır. Qəbələdə saldığımız ot örtüyü soyuq zonaya aiddi. Bu da onunla əlaqədardı ki, Qəbələ dəniz səviyyəsindən yüksəkdə, dağlara yaxın ərazidə yerləşır. Qış burda sərt keçir.
 
- Meydançaların ömrü nə ilə ölçülür – burada keçirilən oyunların sayı ilə, yoxsa müddətlə?
- Bu meydançaların ömrü çox uzundu. Çünki bura daim toxum səpilir, qulluq göstərilir. Amma  vacib bir şərt var:  meydançaların qədrini bilmək lazımdı – istər futbolçu olsun, istər bir başqası. Meydançalara xüsusi qayğı və diqqətlə yanaşılmalıdı.
 
- Əsas meydançanın ot örtüyünün hazırkı durumu necədi?
- Meydançaya  toxum səpildikdən dərhal sonra təbiət bizi bir balaca sınağa çəkdi. Güclü yağış meydançanın bəzi yerlərində toxumu yudu. Yağış toxumu bir yerə topladı və nəticədə rütubət “petium” adlanan ağır xəstəliyin əmələ gəlməsinə səbəb oldu. Buna baxmayaraq, meydançada intensiv iş davam etdirilir. Əsas meydançanın ot örtüyü çempionatın ilk oyununa qədər tam qaydasında olacaq.
 
- İndiyədək daha hansı stadionların ot örtüyünün salınmaısı  işinə rəhbərlik etmisiniz?
- Əsas təcrübəm qolf meydançalarının hazırlanması ilə bağlıdı. Struktur baxımından qolf meydançası da futbol meydançasıyla eynidi. ABŞ-da 3 il qolf meydançalarının hazırlanması üzrə kurslarda iştirak etmişəm. Daha sonra ot yetişdirilməsi ilə bağlı 10 il İngiltərədə dərs demişəm. Uels milli komandasının çıxış etdiyi və Premyer Liqa oyunlarının keçirildiyi “Millenium” stadionunun ot örtüyünün salınmasına rəhbərlik etmişəm. Bu sahə üzrə iki kitabın müəllifiyəm.
 
- Bildiyimizə görə, Azərbaycanda həm də mütəxəssis yetişdirirsiz...
- Bəli. Həmyerliləriniz Elnur Müdaxirov, Ruslan Abdullayev və Orxan Yunusov mənim tələbələrimdi. Onlar təbii ot yetişdirilməsi işini intensiv şəkildə öyrənirlər və idman meydançalarının hazırlanması üçün zəruru biliklərə yiyələnirlər. Əminəm ki, onlar bu sahə üzrə Azərbaycanda ən yaxşı mütəxəssis olacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.