19 iyul 2011 21:32
Sergey Yuranın debütü uğurlu oldu (YENİLƏNİB)
Bu gün “Simurq” yeni mövsümə hazırlıq çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubu birinci divizion təmsilçisi “Şahdağ”la qarşılaşıb.
“Şəfa” stadionunda baş tutan qarşılaşma Zaqatala klubunun qələbəsi ilə başa çatıb - 4:1. "Simurq"un heyətində Vasif Əliyev dubla imza atdığı halda, Tofiq Mikayılovla Əli Bağırov hərəyə bir qol vurub.
Yeri gəlmişkən qeyd edək ki, Premyer Liqada qalacağı dəqiqləşən “Simurq” üçün bu oyun yeni baş məşqçisi Sergey Yuranla debüt matçı idi. Rusiyalı mütəxəssis yeni işinə qələbə ilə başlamağı bacarıb.
