19 iyul 2011 19:07
Azərbaycanlı məşqçi Diniyevin İran klubuna keçidini əngəllədi
Millimizin sabiq baş məşqçisi Şahin Diniyevin Tehranın “Rah Ahan” klubunun sükanı arxasına keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl Şahin Diniyev iranlılarla anlaşmışdı və bu komandayla müqavilə imzalamağa hazırlaşırdı.
Lakin sonradan klub rəhbərliyində müxtəlif problemlər yarandığından onlar Diniyevlə bağlı qərarlarında dəyişiklik ediblər. Belə ki, adıçəkilən komandanı İran futbolunun əfsanəsi, milliyyətcə Azərbaycan türkü olan Əli Daei çalışdıracaq. Artıq Əli Daei ilə bir illik müqavilə də imzalanıb.
