19 iyul 2011 19:31
Bakı üçün 21:00
Yeni mövsüm hazırlıqlarını Sloveniyada davam etdirən “Bakı” 20 və 21 iyul tarxinlərində iki yoldaşlıq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, sabahkı rəqib Sloveniya birinci liqa komandası "Radomlje"di.
Oyun “Sportni Park Rogaska” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
21 iyul tarixində isə “zolaqlılar” Türkiyə Superliqa təmsilçisi "Karabük Karademirspor" klubu ilə qarşılaşacaq. Son mövsümü 9-cu yerdə başa vuran bu rəqiblə oyunun start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
