19 iyul 2011 21:23
Neftçi – Dinamo matçından öncə dava
UEFA Çempionlar Liqasının “Neftçi” – “Dinamo” matçından öncə az qala dava düşəcəkdi. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşmadan öncə kiçik münaqişə yaranıb.
Hadisənin səbəbkarları isə Xorvatiya çempionunun hücumçusu Fatoş Beçirayla “ağ-qaralar”ın makdedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski olub. Lakin komanda yoldaşları onların mübahisəsinin daha da böyüməsinə imkan verməyiblər.
Ehtimal olunur ki, Beçiray Zaqrebdə “Neftçi” futbolçularını təhqir edən əsas şəxslərdən olub. Elə Georgiyevski də məhz həmin hadisənin haqq-hesabını çürütmək istəyirmiş.
