19 iyul 2011 11:06
Millinin məşqçisi Neftçinin oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Faiq Əzizov “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu günkü oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, o, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə oyunu canlı izləyəcək.
Maraq üçün xatırladaq ki, bu komandalar arasındakı Zaqrebdə baş tutan ilk oyunu baş məşqçi Berti Foqts özü izləmişdi.
