19 iyul 2011 23:07
Krunoslav Yurçiç Saşa Stamenkoviçi təriflədi
Xorvatiya çempionu “Dinamo”nun (Zaqreb) baş məşqçisi Krunoslav Yurçiç UEFA Çempionlar Liqasının “Neftçi” ilə Bakıdakı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, xorvatların çalışdırıcısı qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Biz çoxlu qol vəziyyətləri yaratdıq. Amma Stamenkoviçə əhsən. Saşa əla oyun sərgilədi. “Neftçi”ni bir neçə epizodda real qoldan xilas etdi. Bizim üçün daha vacib olan topa nəzarəti əldə saxlamaq idi. Biz rəqibi erkən qol vurmaqdan məhrum etdik. Bu, bizim uğurumuzun əsas hissəsi oldu”.
