19 iyul 2011 23:13
Arif Əsədov: Dinamo Bakıda Zaqrebdəkindən daha yaxşı oynadı
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının “Dinamo” (Zaqreb, Xorvatiya) ilə Bakıdakı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“İlk oyundan sonra komandada gərginlik var idi. Bu, cavab oyununda da aşkar görünürdü. İlk yarım saatda “Neftçi” yaxşı oynadı. “Dinamo” bu gün bizi ustalıq səviyyəsinə və təcrübəsinə görə üstələdi. Onlar burda daha yaxşı oynadılar, nəinki Zaqrebdə”.
