19 iyul 2011 11:28
Marko Şarliya: Dinamo Neftçinin işini ilk oyunda bitirib
“Bakı”nın xorvatiyalı qapıçısı Marko Şarliya azerisport.az saytına müsahibəsində Azərbaycan çempionu “Neftçi”nin Xorvatiya təmsilçisi “Dinamo” (Zaqreb) ilə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunundan və yeni mövsümdən danışıb.
- Komandanızın Sloveniya toplanışının ilk hissəsi necə keçdi?
- Əla alındı. Yeni futbolçularımız komandaya uyğunlaşmağa çalışırlar. Ciddi zədəlilərimizin olmaması sevindirir. Amma yoldaşlıq oyunlarındakı nəticələr bir qədər məyusedicidi. Biz onların heç birində qələbə qazana bilmədik ki, bu da düşündürməyə bilməz.

- Nə problem var ki?
- Bu oyunlar bir növ ötən mövsümkülərin davamı təsir bağışlayırdı. Yenə qol vəziyyətlərinin reallaşdırılmasında problemlər var. Amma rəqiblərimizin güclü olduğunu, bizə qarşı əsas heyətlə oynadıqlarını da qeyd etmək lazımdı.

- Ötən mövsümün şokundan hələ də ayılmamısız?
- Biz artıq yeni mövsümə köklənmişik. Bütün komanda titul qazanmaq istəyir. Amma bu mövsüm avrokuboklarda iştirak edə bilməməyimiz yada düşəndə utanırıq. Son mövsümdə bizdə heç nə alınmadı. İndi isə forma yığırıq, çempionata qələbə ilə başlamaq istəyirik. Yeni mövsümdə tam fərqli “Bakı” görəcəksiz. Biz həm Azərbaycan kubokunu, həm də Premyer Liqanı qalib kimi başa vurmalıyıq.

- Amma medallar uğrunda mübarizə bu il daha gərgin olacaq...
- Elədi. “Qəbələ” də yaxşı transferlər edib. Digər komandalar da yaxşı gücləniblər. Amma bütün bunlar bizi qətiyyən həyəcanlandırmır. Fikrimcə, “Bakı” mövsümün startına kimi bütün çətinliklərə hazır olacaq.
- “Neftçi” və “Dinamo”nun ÇL-dəki oyunları haqda nə deyərdiz?
- Mən hələ ilk oyuna kimi demişdim ki, “Neftçi”yə çətin olacaq. Elə də alındı. Düşünürəm ki, “Dinamo” ilk oyundakı 3:0 hesablı qələbə sayəsində artıq cütün taleyini həll edib. Onlar çox güclü oynadılar və öz şanslarından yararlandılar.

- “Neftçi”nin cavab oyununda heç bir şansının olmadığını düşünürsüz?
- Əminəm ki, onlar bu dəfə yaxşı oynayacaqlar. Yəqin ki, anşlaq olacaq. Amma “Dinamo”nun qapısına üç qol vurmağı real hesab etmirəm. Axı rəqib də müdafiədə oturmayacaq. Mən proqnoz verməyi xoşlamıram, amma məcbur edirsizsə, heç-heçə olacağını düşünürəm – 1:1.