19 iyul 2011 11:34

Bursaspor İnteri belə yendi (FOTOREPORTAJ)

Xəbər verdiyimiz kimi, iyulun 18-də "İnter" Türkiyənin "Bursaspor" komandasıyla yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, oyunun əvvəli "İnter"in rəqib komandanın qapısı önündə təhlükəli vəziyyətlər yaratmasıyla yadda qalıb. Hətta Petar Zlatinov matçda erkən qolun müəllifi də ola bilərdi. Zlatinov sağ cinahdan "Bursaspor"un cərimə meydançasına sürətlə daxil olmağı bacarsa da, qapını dəqiq nişan ala bilmədi. Sonrakı dəqiqələrdə Samir Zərgərov "İnter"i önə çıxarmağa yaxın olub. Əvəzində rəqib komandanın oyunçuları əks-hücumların birində sol cinahdan sürətlə cərimə meydançasına soxularaq, Georgi Lomayanın qapısına yol tapmağa müvəffəq olublar. Bundan sonra komandamız çox çalışsa da, birinci hissədə hesab dəyişməyib.
 
İkinci hissədə Kaxaber Tsxadadze meydana yeni heyəti buraxıb. Erkən dəqiqələrdə Elnur Abdulov hesabda tarazlığı yarada bilərdi. Lakin onun təhlükəli hücumu nəticəsiz başa çatıb. Bundan sonra "Bursaspor" daha 2 qol vurmağı bacarıb. Matçın sonlarına yaxın Baçana Tsxadadze sağ cinahdan sürətlə ötürülən topu qapıdan keçirsə də, hakim bu dəfə də mərkəzi göstərməyib. Beləliklə, qarşılaşma 3:0 hesabıyla "Bursaspor"un xeyrinə başa çatıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.