20 iyul 2011 00:00
Türkiyə Superkuboku təxirə salındı
Türkiyə Futbol Federasiyasının (TFF) idarə heyətinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən TFF-nin prezidenti Mehmet Ali Aydınlar "Fenerbahçe" və "Beşiktaş" arasında keçirilməli olan Türkiyə Superkubokunun təxirə salındığını bildirib.
Aydınlar eyni zamanda Türkiyə Superliqasının təxirə salınıb-salınmayacağına da aydınlıq gətirib: "Bu gün keçirilən iclasda danışılmış oyunlarla bağlı verdiyimiz qərarları açıqlayıram. Avqustun 31-də "Fenerbahçe" və "Beşiktaş" arasında keçirilməli olan Türkiyə Superkuboku təxirə salınıb. Türkiyə Superliqasına gəldikdə isə bu prokurorluqdan gələcək nəticələrdən asılıdı. Ona görə də, bu məsələyə yaxın günlərdə aydınlıq gətirəcəyik. Artıq bu barədə UEFA-ya da məlumat vermişik".
Qeyd edək ki, UEFA TFF-yə bu hadisələrlə bağlı çıxaracağı istənilən qərarda dəstək verəcəyini və inamını bildirib.
