19 iyul 2011 00:28
Xəzər Lənkəranın məşqində 1000 azarkeş
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə oyununa hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, komanda dünən - iyulun 18-də saat 19:30-da “Fırtınalar Meydanı”nın yardımçı meydançasında axşam məşqinə çıxıb.
“Ağ-yaşıllar” fiziki çalışmalarla yanaşı taktiki hazırlıqlara da diqqət ayırıblar. Yardımçı meydançanın kənarına toplaşan azarkeşlər də heyranlıqla məşq prossesini izləyiblər. Azarkeşlərdən söz düşmüşkən, hələ məşqin başlamasına yarım saat qalmışdan stadionun qarşısına yüzlərlə azarkeş toplaşıbmış. Ümumilikdə isə məşqi 1000-dən çox azarkeş izləyib.
