20 iyul 2011 01:42
Millimiz avstriyalılara 10 qol vurdu (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi Avstriyanın “Pinzgau” klubu olub.
Oyun futbolçularımızın 10:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Rizvan Umarov 4 qol vurub. Rəhman Hacıyev het-trik, Tural Qürbətov dubl edib. 1 dəfə isə Samir Yusifov fərqlənib.
Qeyd edək ki, komandamız bundan öncə bu ölkənin “Zalsburg” klubunun əvəzedici komandası ilə qarşılaşmış və 6:0 hesabı ilə qələbə qazanmışdı.
