19 iyul 2011 00:37
Sumqayıt Avstriyada yenə darmadağın oldu
Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün debütantı olacaq “Sumqayıt Şəhər” klubu Avstriyada həyata keçirdiyi toplanış çərçivəsində ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası Bolqarıstanın “Razqrad” klubuyla üz-üzə gəlib.
Bu görüş də Premyer Liqamızın debütantı üçün uğursuz başa çatıb. Belə ki, Bolqarıstan klubu 4:1 hesabıyla qələbə qazanb. Komandamızın yeganə qoluna isə Ruslan Nəsirli imza atıb.
Xatırladaq ki, Sumqayıt klubu ölkə xaricindəki hazırlıq prosesində ilk sınaq matçını Rumıniyanın birinci liqa təmsilçisi olan “Sportal”a qarşı keçirmiş və 1:7 hesabıyla darmadağın olmuşdu. Həmin oyunda da yeganə qolu Nəsirli vurmuşdu.
