20 iyul 2011 02:04
Turan Gürcüstanda qələbə qazandı (FOTOLAR)
Növbəti mövsümün hazırlıqlarını Gürcüstanda davam etdirən “Turan” növbəti yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, bu dəfəki rəqib Fil Dişi sahilindən Gürcüstana baxışa gələn futbolçulardan ibarət komanda olub.
Bu görüşdə daha üstün oynayan Əsgər Abdullayevin komandası 2:1 hesablı qələbə qazanıb. Qolları Sergey Artyux və Dmitri Parxaçov rəqib qapısından keçirib.
“Turan” növbəti görüşünü ayın 22-də keçirəcək. Bundan əvvəlki qarşılaşmada isə komandamız Gürcüstanın “Gagra” klubu ilə 2:2 hesablı heç-heçəyə razılaşmışdı.
