20 iyul 2011 13:38

“Dinamonun bizdən nə qədər güclü olduğu təsdiqini tapdı”

Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə duellərdəki uğursuzluqdan danışıb.
 
- İlk oyunda olduğu kimi, cavab görüşü də çətin keçdi. Revanş götürmək üçün alışıb-yanırdıq. Xüsusilə də doğma azarkeşlərimizin gözü önündə bunu etmək çox xoş idi. Amma Xorvatiya çempionunun nə qədər güclü olduğu bir daha öz təsdiqini tapdı. Biz sadəcə bu rəqiblə bacarmadıq.

- Oyunun gedişindən elə görünürdü ki, heç-heçə də sizi qane edir...
- Bu, səhv fikirdi. Biz meydana ancaq qələbə qazanmaq, növbəti mərhələyə adlamaq üçün çıxmışdıq. Amma elə alındı ki, ümumiyyətlə qol vura bilmədik. Halbuki, ilk dəqiqələrdən fərqlənmək istəyirdik. Çünki bu, məqsədimizə çatmaq yolunda əsas vəzifələrdən idi. Belə olacağı halda növbəti qolları da vura bilərdik. Amma göründüyü kimi bu oyunda bizdə heç nə alınmadı.
 
- Prinsipcə, “Neftçi” ilk 20 dəqiqəni pis təsir bağışlamadı və rəqiblə başa-baş mübarizə apardı.
- Real götürsək, “Dinamo” bizdən güclüdü. Bu oyunda da onlar sadəcə öz səviyyələrini nümayiş etdirdilər.
 
- Sizcə, bu oyunla heç-heçəni də normal nəticə saymaq olar?
- Sizə açığını deyim ki, heç-heçə bizim planlarımıza daxil deyildi. Bizim yaxşı vəziyyətlərimiz oldu. Əgər onlardan yararlansaydıq, kim bilir hər şey necə qurtaracaqdı.
 
- Arif Əsədov ilk hissədən sonra sizi niyə əvəzlədi?
- Onun mənim oyunumdan hansısa narazılığı yox idi. Bu, sadəcə taktiki gediş idi.
 
- Demək olar ki, ikinci hissə boyu azarkeşlər sizi istefaya səslədilər...
- Bu, normaldı. Komanda uğursuz çıxış edəndə adətən belə olur. Gələcəkdə vəziyyəti dəyişməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.