20 iyul 2011 13:58
AZAL Türkiyə klubu ilə qarşılaşacaq
Türkiyənin Qızılcahamam bölgəsində hazırlıqlarını davam etdirən Bakının AZAL klubu daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" Bank Asya birinci liqa təmsilçisi "Konyaspor"la qarşılaşacaqlar.
Qeyd edək ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Lakin hələlik AZAL tərəfindən bu barədə rəsmi açıqlama yoxdu.
AZAL kimi Qızılcahamamda hazırlıq keçən "Konyaspor" klubu isə bu yoxlama görüşü üçün razılıq verdiyini bildirib. Lakin hələlik görüşün nə vaxt keçiriləcəyi haqda məlumat yoxdu.
