20 iyul 2011 02:15
Maccabi artıq Lənkərandadı
“Xəzər Lənkəran”ın Avropa Liqasındakı rəqibi olan İsrailin “Maccabi” (Təl-Əviv) klubu artıq Lənkərandadı. Azerisport.az xəbər verir ki, ötənaxşam saat 23:00-da İsrail təmsilçisini gətirən təyyarə Lənkəran aeroportunda yerə enib.
Məlumata görə Azərbaycan tərəfi “Maccabi” komandasını hələ Bakının “Binə “ hava limanında ikən qeydiyytdan keçirib ki, Lənkəranda yəhudilər süni maneələrlə qarşılaşmasınlar. Təbii ki, bunu Azərbaycan tərəfinin yüksək qonaqpərvərliyi ilə əlaqələndirmək lazımdı. Onu da xatırladaq ki, iyul ayının 11-dən 12-nə keçən gecə “Xəzər Lənkəran” komandası Tel-Əviv aeroportunda bir neçə saat səbəbsiz olaraq saxlanılmışdı. Hətta hava limanının əməkdaşları komandamızın üzvləri ilə pis rəftar etmişdilər. Bununla belə qonaqlar ölkəmizə qədəm qoyan dəqiqələrdən Bakıda yüksək səviyyədə xidmətlə rastlaşıblar.
“Maccabi” Lənkəran şəhərinin mərkəzində yerləşən “Qala”otelində məskunlaşıb. Aeroportdan otelə qədər komandanı 5polis maşını müşaiyət edib.(12-ci oyunçu)
