20 iyul 2011 14:24

İran vətəndaşlarının XL – Maccabi matçına girişi qadağan olundu

İyulun 21-də “Xəzər Lənkəran” və İsrailin “Maccabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək futbol üzrə Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşünə İran vətəndaşlarının girişi qadağan olunub. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı oyunun təşkil olunacağı Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev verib.
 
Hacıyevin sözlərinə görə, Lənkəran şəhər Polis İdarəsindən onlara İran vətəndaşlarına bilet satmamağı tapşırıblar. Eyni zamanda iranlıların stadiona girişinin qarşısı alınacaq. Meydançaya İsrail əleyhinə bannerlərin keçirilməsinə və tribunalarda siyasi şüarların səsləndirilməsinə də yol verilməyəcək. Direktor bildirib ki, bu tədbirlər oyun zamanı baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün görülüb: “Biz İran tərəfindən və ya müəyyən dini qruplardan hər an təxribat gözləyirik. Ona görə də ayıq-sayıq dayanmışıq. “Maccabi”nin təhlükəsizliyi Təl-Əvivdə “Xəzər Lənkəran”ın təhlükəsizliyindən də yüksək səviyyədə qorunacaq. Çalışacağıq ki, imicimizə xələl gətirə biləcək hərəkətlərə yol verilməsin”.
 
İyulun 19-dan Lənkəranda olan İsrail komandası polislər tərəfindən qorunur. Hacıyev “Maccabi”nin Lənkəran hava limanından qaldıqları “Qala” otelinə 6 polis avtomobilinin ötürdüyünü açıqlayıb. Qonaq komanda bu gün saat 12:00-da Lənkəran Olimpiya Kompleksinin meydançasında məşqə 4 polis maşınının müşayiəti altında yollanıb. Növbəti məşq isə saat 20:30-da Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək. Sabah eyni saatda başlanacaq görüşdə təhlükəsizliyi 400-dək polis, 300-dək daxili qoşun əsgərləri qoruyacaq.
 
 Stadion direktoru “Xəzər Lənkəran” – “Maccabi” matçına marağın böyük olduğunu söyləyib. Onun sözlərinə görə, satışa çıxarılan 12 min biletin demək olar ki, hamısı satılıb. Onların hamısını “Xəzər Lənkəran” azarkeşləri alıb. “Maccabi”nin 30-dək tərəfdarı isə VİP lojada yerləşdiriləcək.
 
Qeyd edək ki, “Maccabi” və “Xəzər Lənkəran” arasında iyulun 14-də keçirilmiş ilk görüşdə meydan sahibləri qələbə qazanıblar – 3:1. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.