20 iyul 2011 02:41
Fernando Muslera rəsmən Galatasarayda
Türkiyənin “Galatasaray” klubu nəhayət ki, qapıçı problemini yoluna qoyub. Azerisport.az xəbər verir ki, uzun müddətdi özünə yeni qolkiper axtaran İstanbul klubunu istədiyini Uruqvayda tapıb.
Belə ki, “sarı-qırmızılar” bu ölkənin yığma komandasının şərəfini qoruyan Fernando Muslera ilə anlaşıblar. Onun Türkiyə klubuna keçidi çoxdan gündəmdə olsa da, “Galatasaray” rəsmi müqaviləyə məhz bu gecə imza atıb və artıq bu barədə rəsmi açıqlama verilib.
Klubdan verilən məlumatda bildirilir ki, Muslera ilə 5 illik rəsmi müqaviləyə imza atılıb. Son iş yeri İtaliyanın “Lazio” klubu olan uruqvaylı əlcək sahibinə görə hər mövsüm üçün 2.000.000 avro ödəniləcək. Lakin onun transfer hüququ “Wanderers Montevideo” klubunda olduğundan “Galatasaray” həm də bu kluba 6.750.000 avro ödəməli olacaq.
