20 iyul 2011 15:08

Qay Haimov: XL-la oyuna elə çıxmalıyıq ki...

İsrailin “Maccabi” (Təl-Əviv) klubunun qapıçısı Qay Haimov Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la oyunlarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:

“İlk oyunda bizim müdafiəmizdə bir sıra səhvlər oldu. Buna görə də Nivaldo və Savo Paviçeviçə demişəm ki, onlar həm öz ararlarında, həm də mənlə anlaşma səviyyəsinin artmasına fikir versinlər. Bu, mənim üçün yeni müdafiədi. Amma inanıram ki, zamanla hər şey yoluna düşəcək” – deyə, Təl-Əviv klubunun qolkiperi bildirib.
 
Haimovun komandası ilk oyunda qələbə qazansa da (3:1), o, komandasının heç də yaxşı oynamadığını düşünür: “Bəzi anlarda mən görürdüm ki, çox asanlıqla topu rəqibə hədiyyə edirik. İkinci qolu buraxmamağı çox istəyirdim. Çətinliklə də olsa, buna nail olduq. Amma nə yaxşı ki, daha vacib olan lazımı nəticəni qazana bildik. İndi biz ancaq qarşıya baxmalıyıq”.
 
“Maccabi”nin qapıçısı cavab oyunundan da danışıv: “İlk oyunda uğurlu nəticə qazandığımızdan bunu növbəti mərhələyə adlamaq üçün yetərli sayıram. Amma buna baxmayaraq, “Xəzər Lənkəran”la cavab görüşünə elə çıxmalıyıq ki, sanki ilk matç qolsuz başa çatıb. İstənilən halda növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.
 
O, Təl-Əviv klubundakı debüt matçını da özü üçün uğurlu sayır: “Bu, mənim özüm üçün də böyük bir təcrübə idi. Belə atmosferdə oynamaq çox xoş oldu. Qələbə sevinci ilə yanaşı mən bu komandada oynamağın məsuliyyətini də anladım. Gələcəkdə də “Maccabi”nin bir nömrəsi olmaq üçün əlimdən gələni edəcəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.