20 iyul 2011 15:44
Berti Foqts millini bir araya gətirir
Xəbər verdiyimiz kimi, avqustun 10-da Azərbaycan milli komandası Makedoniya millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu oyuna hazırlaşmaq məqsədi ilə Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
Artıq toplanışların vaxtı da məlumdu. Belə ki, komandamızın ilk hazırlığı avqustun 1-dən 4-ə qədər olan dövrü əhatə edəcək. Növbəti hazırlıq isə ayın 8-dən 10-dək olacaq. Hər iki toplanış Bakı şəhərində baş tutacaq.
