20 iyul 2011 16:00
Domaqoy Vida: Neftçi ilə oyun mühüm əhəmiyyət kəsb edirdi
Xorvatiya çempionu “Dinamo”nun müdafiəçisi Domaqoy Vida UEFA Çempionlar Liqasının “Neftçi” ilə oyunlarını şərh edib. Azerisport.az xəbər verir ki, Zaqreb klubunun arxa xətt oyunçusu Bakıdakı qolsuz heç-heçədən sonra bunları dilə gətirib:
"Əlbəttə, bu zəfər yeni mövsümə əla başlanğıc oldu. Növbəti mərhələyə keçəcəyimizə inanırdıq. Belə də oldu. "Neftçi" ilə oyunda qazandığımız zəfər mühüm əhəmiyyət kəsb edirdi. Çünki bir neçə gün sonra çempionat matçına çıxacağıq. Ona görə də, bu görüşə ciddi yanaşırdıq. Artıq HJK komandası haqda da düşünmək olar".
