20 iyul 2011 16:34
AZAL portuqaliyalı futbolçunu bəyənmədi (FOTO)
AZAL baxışa çağırdığı portuqaliyalı futbolçunu bəyənməyib. Azerisport.az xəbər verir ki, 3 gün əvvəl komandanın düşərgəsinə gələn Lesiko da Silva Dioqo sınaqdan keçə bilməyib.
Dünən "Fulad"la qarşılaşan AZAL-ın heyətində baxışdan keçirilən portuqaliyalı müdafiəçi məşqçilərin etimadını qazana bilməyib. Baş məşqçi Elxan Abdullayev onun geri göndərilməsini istəyib.
Qeyd edək ki, Dioqonun sonuncu klubu Portuqaliyanın 1-ci divizionunun təmsilçisi "Santa Klara" olub.
