21 iyul 2011 01:40
Qəbələ İngiltərə klubuna məğlub oldu (YENİLƏNİB)
Növbəti mövsümün hazırlıqlarını İngiltərədə davam etdirən “Qəbələ” bu gün Londonda ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Toni Adams yetirmələrini ölkəsinin aşağı divizion klublarından olan “Barnet”lə görüşdə sınayıb.
Qeyd edək ki, bu komanda İngiltərənin gücünə görə üçüncü çempionatında çıxış edir. “Qəbələ” isə yeni mövsümdə ilk oyununa çıxırdı.Qarşılaşma meydan sahiblərinn qələbəsi ilə başa çatıb. İngilislərin 16-cı dəqiqədə vurduğu qol matçda yeganə olub. Beləcə, Toni Adams həmyerlilərinə minimal hesabla uduzub.
Yoldaşlıq oyunu
20 iyul
Qəbələ - Barnet - 0:1 (0:1)
