20 iyul 2011 18:16

Kəpəz də Premyer Liqadan imtina edir

Daha bir klub Azərbaycan Premyer Liqasında iştirakdan imtina edir. Azerisport.az xəbər verir ki, söhbət “Kəpəz”dən gedir.
 
Belə ki, komandanın növbəti mövsümə hazırlaşmasına, yoxlama görüşləri keçirməsinə baxmayaraq, Gəncə klubunun elitada çıxışı sual altındadı. Məsələ burasındadı ki, klubun sponsoru ondan imtina edib və belədə “Kəpəz”in Premyer Liqada çıxışı qaranlıq qalır. Böyük ehtimalla kluba yeni sponsor tapılmasa, “Kəpəz” də elitada çıxış etməyəcək.
 
Qeyd edək ki, bu, növbəti mövsüm ərəfəsində artıq üçüncü belə imtina olacaq. İlk olaraq ötən mövsümü birinci divizionun çempionu kimi bitirmiş “Abşeron” elitaya vəsiqə qazansa da, son anda Premyer Liqada çıxışdan imtina etdi və dağıldı. Əvəzində bu komandanın vəsiqəsi “Sumqayıt Şəhər”ə qismət oldu.
 
Bir neçə gün öncə isə “Muğan” növbəti mövsümdə Premyer Liqada çıxış etmək istəmədiyini rəsmi olaraq Peşəkar Futbol Liqasına bildirdi. Belədə PFL rəhbərliyi yenə birinci divizion klublarına müraciət ünvanladı ki, buna da ötən mövsümün nəticələrinə görə elitanı təkr etmiş, qaydalara əsasən bu mövsüm birinci divizionda oynamalı olan “Simurq” müsbət cavab verdi.
 
Lakin “Kəpəz”in imtinasından sonra onu əvəzləyəcək klub da yoxdu. Çünki birinci divizionun yerdə qalan klublarının maliyyə imkanları elitada çıxış etmək üçün yetərli deyil. Bu üzdən də yeni mövsümdə 11 klubdan ibarət çempionatın keçirilməsi istisna olunmur.
 
Sonda onu da qeyd edək ki, 2011/12 mövsümünün püşkü iyulun 22-də atılacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.