20 iyul 2011 18:37
İnter Rəvanla qarşılaşacaq
"İnter"in əvəzedici heyəti Bakıda təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, gündə iki dəfə məşq edən komanda sabah toplanış çərçivəsində ilk yoxlama görüşünü keçirəcək.
Bu oyunda "İnter" "Rəvan" klubunun əvəzedici heyətiylə qarşılaşacaq.
Qeyd edək ki,oyun "Şəfa" stadionunda saat 19.00-da baş tutacaq.
