20 iyul 2011 18:44
Mirça Rednik: Bu, bizim əsas üstünlüyümüzdü
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin rumıniyalı çalışdırıcısı öncə bunları dilə gətirib:
- Bu oyuna hazırlığımızda heç bir problemlə üzləşməmişik. Böyük “müharibəyə” bütün komanda hazırdı. Artıq bir aydı belə hazırlaşırıq. 8 futbolçu ilə başlamışdıq. İlk oyundan artıq bir həftə keçib. Bu da cavab matçına hazırlıq üçün pis deyil. İndi mən “Maccabi”ni daha yaxşı tanıyıram, onun nəyə qadir olduğunu bilirəm. İnanıram ki, doğma divarlar arasında biz daha yaxşı oynayacağıq və qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyik. Mən öz yetirmələrimin bacarığına güvənirəm. Mən realistəm və başa düşürəm ki, rəqib çox güclüdü. Heyətlərində tanınmış futbolçular çıxış edir. Amma onları məğlub etmək olar.

- Cavab matçında dəyişikliklərə əl atacaqsız?
- İlk oyunun birinci hissəsindən sonra mən başa düşdüm ki, taktikada səhvə yol vermişəm. İkinci hissədə isə “Maccabi”yə qarşı necə oynamaq lazım olduğunu bildim. Heyəti artıq müəyyənləşdirmişəm. Sizə dəqiq deyə bilərəm ki, iki dəyişiklik olacaq.
- İlk dəqiqələrdən hücuma atılacaqsız?
- İlk oyunda biz çox üzücü qollar buraxdıq. Demək olar ki, onlara hədiyyə etdik. Biz öz səhvlərimizi təkrarlamamağa çalışıb onların səhvlərini gözləyəcəyik. Əlbəttə ki, bizə qol vurmaq lazımdı.

- Rəqibin heyətində kiçik boylu futbolçular çoxdu. Bunun üçün futbolçularınıza hansısa xüsusi tapşırıqlarınız olacaq?
- Bu, bizim standart vəziyyətlər zamanı əsas üstünlüyümüzdü. Amma ümumi qələbə üçün yalnız buna ümid bəsləyə bilmərik. Ancaq standart vəziyyətlərdən qol gözləməməliyik. Bizə iki qol vurmaq lazımdı. Eyni zamanda da qol buraxmamaq çox vacibdi.

- Komandanızın şanslarını necə qiymətləndirirsiz?
- Bunu demək çətindi. Döyüşməli olacağıq. Əsas odu ki, uşaqlar qələbə qazanacaqlarına inanırlar. 100 faiz əminəm ki, azarkeşlər də bizim uğurumuza inanırlar. Bilirəm ki, anşlaq olacaq. Bu, bizim əlavə üstünlüyümüz olacaq.

- Artıq iki Azərbaycan klubu mübarizəni dayandırıb. Nazim Süleymanov istefaya getdi, Arif Əsədovu istefaya səslədilər. Eyni aqibətlə üzləşməkdən qorxmursuz?
- (gülür) Bunun mənə aidiyyatı yoxdu. Bu, məşqçi həyatıdı. Biz nəticəyə cavabdehik. Mən hər şeyə hazıram. Amma mənim qarşıma burda böyük vəzifələr qoyulub.