20 iyul 2011 18:51
Kamran Ağayev: Biz bunu bacaracaq gücdəyik
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin qapıçşısı jurnalistlərlə görüşündə bunları dilə gətirib:
“Biz bu oyuna çox ciddi hazırlaşmışıq. Bizə qələbə lazımdı. Eyni zamanda çox vacibdi ki, qol buraxmayaq. "Maccabi" yaxşı klubdu. Amma ən yaxşı deyil. Onları məğlub etmək olar. İlk oyunda israillilər əsasən bizim səhvlərimizdən yararlandılar. Demək olar ki, ciddi oyun sərgiləmədilər. İndi biz onlara iki qol vurmalı, buraxmamalıyıq. Biz bunu bacaracaq gücdəyik”.

Qeyd edək ki, “Xəzər Lənkəran” ilk oyunda bu rəqibinə 1:3 hesabıyla uduzmuşdu.