20 iyul 2011 19:00
XL – Maccabi matçına bilet artıq qurtarıb
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Maccabi” (Təl-Əviv, İsrail) matçı ətrafında böyük ajiotaj var. Azerisport.az xəbər verir ki, artıq sözügedən oyun üçün satışa çıxarılan biletləri kassalarda tapmaq mümkün deyil.
Bu biletləri hazırda yalnız qara bazardan almaq mümkündü. Lakin onların da sayının çox olmadığı bildirilir.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Maccabi” görüşü sabah Lənkəran şəhər stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq. Sözügedən arena 15 minə yaxın azarkeş tutumuna malikdi.
