20 iyul 2011 20:15

Qurban Qurbanov: Qrup mərhələsinə düşməyimiz real deyil

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Streymur” (Farer adaları) ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, Ağdam  təmsilçisinin çalışdırıcısı öncə bunları dilə gətirib:
 
- Səfərdəki 1:1 hesabı bizim üçün sərfəli nəticədi. İndi evdə qələbə qazanmaq istəyirik. Son saniyələrdə buraxılan qol komandaya pis təsir göstərdi. Amma ümid edirəm ki, bu, cavab görüşündə daha yaxşı oynamağımıza mane olmayacaq.
 
- “Neftçi” də çıxışını başa vurdu, “Xəzər Lənkəran”ın şansı azdı. Qalır yalnız “Qarabağ”. Komandanın qrup mərhələsinə düşmək şansı var?
- “Neftçi”nin sadəcə püşkdə bəxti gətirmədi, rəqibi güclü idi. “Xəzər Lənkəran”ın az da olsa, şansı var. Özü də evdə oynayır. Bu baxımdan onlara asan olacaq. Uğurlar arzulayıram. Başa düşürəm ki, bütün azarkeşlərimiz qrup mərhələsinə vəsiqə qazanmağımızı arzulayırlar. Amma bu, hələ real deyil. Pley-offda bizi çox çətin rəqiblər gözləyir?

 
- Penalti zərbələrinə hazırlaşmısız?
- Xeyr. Mən oyunun penaltilərə qalmasını istəmirəm. Əgər biz penaltilərə hazırlaşsaq, bu, psixoloji problemlərə yol aça bilər. Əgər düzünü desəm, bizə daha çətin olacaq, nəinki “Xəzər Lənkəran”a.
 
- Ümumiyyətlə, “Streymur” necə komandadı?
- Yaxşı komandadı. Son beş ildə demək olar ki, heyətində ciddi dəyişiklik olmayıb. Onlar əsl komanda oyunu nümayiş etdirirlər. Buna görə də bizə çətin olacağını düşünürəm.
 
- Farer adalarının hansı güclü tərəflərini qeyd edərdiz?
- Onların öz oyun stilləri var. Əsas üstünlükləri də elə bundadı. İlk oyunda biz çoxlu səhvlərə yol verdik. Bu da rəqibə qol vəziyyətləri yaratmağa imkan verirdi. Onlar sürətli əks-hücumlar qura bilirlər. Komandada belə vəziyyətlərdən yaxşı yararlana bilən futbolçular var. Amma biz də hər şeyə hazırıq.

- “Qarabağ” qrup mərhələsinə düşə biləcək?
- Gəlin öncə “Streymur”u keçək, sonra digər rəqiblərimiz barədə düşünərik. Bizim klubların səviyyəsi Avroliqanın qrup mərhələsinə düşməyə imkan vermir. Əlbəttə, biz inkişaf edirik. Amma Avropada da inkişaf edirlər. Özü də bəzən bizdən də sürətli. Mən azarkeşləri başa düşürəm, məğlubiyyətdən sonra onlarda hətta klublarına antipatiya da yaranır. Amma başa düşməliyik ki, qrup mərhələsinə birdən-birə düşmək asan deyil.
 
- “Streymur”u keçsəz, transferlər edəcəksiz?
- Xeyr, biz komandanı daha da gücləndirməyi planlaşdırmırıq. Çünki bizim sadəcə vaxtımız olmayavaq. Odu ki, dəyişiklik gözləməyin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.