20 iyul 2011 20:42
Motti İvanir: Bunu siz özünüz görəcəksiz
İsrailin “Maccabi” klubunun baş məşqçisi Motti İvanir Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu öncəsi bu gün Lənkəranda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, Təl-Əviv komandanın çalışdırıcısı sabah keçiriləcək cavab matçı ərəfəsində bunları dilə gətirib:
“Bizim növbəti mərhələyə adlamaq üçün yaxşı şansımız var. Buna görə də ilk oyunda əldə etdiyimiz üstünlüyümüzü saxlamaq istəyirik. Hakim səhvlərindən danışmaq fikrim yoxdu. Çünki biz də penalti qazana bilmədik. “Xəzər Lənkəran” yaxşı komandadı. Amma biz də zəif deyilik. “Maccabi” heç kimdən qorxmur. Komandanızda təhlükəli futbolçular olsa da, onların adlarını çəkmək istəmirəm. Hər halda biz onları yaxşı öyrənmişik. Sabah öz futbolumuzu oynayacağıq. Cavab oyunundakı taktikamız barədə danışmayacam. Bunu siz özünüz görəcəksiz”.
