20 iyul 2011 21:00
Tahir Gözel: Qrup mərhələsinə vəsiqə qazanmağı çox istəyirik
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözel Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Streymur” (Farer adaları) ilə cavab oyunu öncəsi fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmisi öncə bunları dilə gətirib:
“Təəssüf ki, “Neftçi” mübarizəni erkən dayandırdı. “Xəzər Lənkəran”a uğurlar arzulayıram. “Qarabağ”a gəlincə, biz komandaya inanırıq. Əminik ki, komandamız “Streymur”u keçəcək. Amma Belçikada əsl sınaq olacaq”.
Türkiyəli iş adamı “Qarabağ”ın transfer çalışmalarından danışmaq istəməyib: “Klubun transferlərindən danışmaq istəmirəm. Çünki bu barədə öncə komandamızın baş məşqçisi ilə danışmalıyam. Mən belə hesab edirəm ki, bizə yerli futbolçular almaq lazımdı. Amma bir il üçün yox, uzunmüddətli, perspektiv vəd edən oyunçular. Əlbəttə, çox istəyirik ki, qrup mərhələsinə vəsiqə qazanaq. Amma bu, çox çətindi”.
